USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yupiter Yerdən 10 dəfə böyük planetlə toqquşub - İDDİA

17.08.2019 Dünya
0 0
NASA-nın Yupiterə göndərdiyi "Juno" kosmik kəşfiyyat vasitəsi planetlə bağlı suallara aydınlıq gətirə bilər.

Yupiterin 4,5 milyard il əvvəl Yerdən 10 dəfə böyük planetlə toqquşduğu güman edilir. Təxminlərə görə, Yupiterin özəyi bu toqquşmadan sonra hələ də fırlanmağa davam edir. Planet qayalı və buzlu planet kimi formalaşıb, daha sonra ətrafında qaz və toz kütləsi yığılmağa başlayıb.

"Juno"nun topladığı məlumatların proseslərə aydınlıq gətirəcəyi güman edilir. (Qaynarinfo)