USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

17.08.2019 İqtisadiyyat
0 0
Yenilənmiş proqnoza əsasən, Gürcüstanın builki iqtisadi artımı 4,3%-ə qədər azaldılıb.

"Fitch” bu il qonşu ölkədə 4,6% iqtisadi artımın olacağını proqnoz edib.

Agentliyin məlumatında qeyd olunub ki, iqtisadi artımın azaldılmasını kredit qoyuluşunun artım tempinin ləngiməsi və Rusiyanın Gürcüstana aviauçuşlara qadağası şərtləndirib: "Rusiya Gürcüstana turist axınının ən böyük mənbələrindən biridir. Rusiyanın uçuşlara qadağa qoyması Gürcüstanın turizm sektorunun genişlənməsinə mane olur”.

"Fitch” Gürcüstanın suveren kredit reytinqini "BB” səviyyəsində saxlayıb. (Report.az)