USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Facebook” şirkəti “like”lardan imtina edəcək

03.09.2019 Dünya
0 0
Şirkətdə bildiriblər ki, bəyənmələri bağlayan funksiyanın işə salınması müzakirə edilir. İzləyicilərin reaksiyasını yalnız səhifənin sahibi görə biləcək. Bu, istifadəçilərə özünü başqaları ilə daha az müqayisə etməyə və psixoloji təzyiqi azaltmağa kömək edəcək.

TechCrunch xəbər verir ki, Facebook bəyənmələr sayğacından imtina etmyi planlaşdırdığını təsdiqləyib. Bundan qabaq proqramçı mütəxəssis Jane Manchun Wong bildirmişdi ki, sosial şəbəkə Android-tətbiqdə bəyənmələri gizlədən funksiya hazırlayıb.

Funksiya rəsmən təqdim olunmayıb, Jane onu tətbiqin kodunu öyrənəndə aşkar edib. Onun fikrincə, bəyənmə və reaksiyalar sayğacı yalnız postun müəllifinə açıq olacaq. Bununla belə, bəyənən və ya rəy yazan istifadəçilərin siyahısı qalacaq, lakin həmin insanların sayı göstərilməyəcək.

Belə funksiyalar sosial şəbəkələrdən qazanan blogerlər üçün vacib olan auditoriyanın sayını azaldır. Lakin Facebook-a görə, bəyənmələri gizlətmək qərarı adi istifadəçilərin psixoloji sağlamlığına müsbət təsir göstərir.

Facebookdan qabaq, iyul ayında İnstagram da Kanada, Avstraliya, Yaponiya və digər ölkələrdə eyni fnksiyanı sınaqdan keçirib. Bu, "istifadəçilər üzərinə təzyiqi azaltmaq” üçün edilib. / Bizplus.az