USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

10 milyon insanın adı Marsa göndəriləcək - Onlardan neçəsi azərbaycanlıdır?

02.10.2019 Dünya
0 0
Amerika Aeronavtika və Kosmos İdarəsinin (NASA) "Adını Marsa göndər” layihəsi böyük marağa səbəb olmuşdu. Azərbaycandan da yüzlərlə insanın qatıldığı əməliyyat sosial şəbəkələrdə paylaşılaraq populyarlıq qazandı.

Qeydiyyatdan keçənlərin adları 2020-ci ilin iyununda Marsa səyahətə yollanacaq kosmik gəmidəki çiplərə yazılacaq. Kampaniya vasitəsilə adını Marsa göndərənlərin ümumi sayı 10 milyon 931 min 238 nəfər olub.

Ən çox ad yazdıran Türkiyə vətəndaşları olub – 2 milyon 528 min 844 nəfər.

Azərbaycandan öz adını Marsa göndərənlərin sayı 37 min 818 nəfər olub.

Qeyd edək ki, kampaniyaya qeydiyyat başa çatıb. /TED