USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın bu ölkələrin məhsullarına gömrük rüsumu tətbiq etməsinə icazə verilib

14.10.2019 Dünya
0 0
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ABŞ hökumətinə Avropa İttifaqının üzvü olan bir sıra ölkərinin məhsullarına 7,5 milyard dollarlıq gömrük rüsumu tətbiq etməsinə icazə verib.

"Kommersant.az" xəbər verir ki, söhbət Fransa, İspaniya, Böyük Britaniya və Almaniyadan gedir.

Bu ölkələr təyyarə istehsalı ilə məşğul olan "Airbus" şirkətinə ÜTT-nin qaydalarından kənar dəstək veriblər və bununla da onun ABŞ-dan olan rəqibi "Boeing"in maraqlarına toxunublar. Rəsmi Vaşinqtonun cavab tədbirləri ilə müraciətində bu gün ÜTT müsbət cavab verib. / "Report"