USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İPhone 11 Pro Max" əslində bu qiymətə başa gəlir

17.10.2019 Dünya
0 0
"TechInsights" şirkətinin mütəxəssisləri 512 GB yaddaşa sahib "iPhone 11 Pro Max" model telefonun hissə və aksesuarlarının istehsal qiymətini hesablayıb.

"Kommersant.az" xəbər verir ki, ABŞ-da 1249 dollara satışa çıxarılan telefonun 490,5 dollara başa gəldiyi müəyyənləşib. Mütəxəssislərin sözünə görə, həmin qiymətə telefon hissələrini montaj etmək, marketinq, daşınma və paylanma qiymətləri daxil deyil.

"iPhone"un ən baha hissəsi üçlü kamerasıdır. Bu hissə təxminən 73,5 dollara başa gəlib. İkinci sırada 66,5 dollar dəyərə sahib 6,5 düymlük ekran, 3-cü sırada isə 64 dollarlıq "A13 Bioni" prosessorudur.

Qeyd edək ki, "Apple" telefonların Çində yığılması üçün cəmi 21 dollar ödəyir. (Qaynarinfo)