USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tarixdə ilk dəfə iki qadın kosmonavt açıq fəzaya çıxıb

19.10.2019 Dünya
0 0
Tarixdə ilk dəfə iki qadın - ABŞ kosmonavtları Kristina Kuk və Cessika Meir cümə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq fəzaya çıxıb.

“İnterfax” xəbər verir ki, bu barədə NASA-nın yaydığı məlumatda bildirilib.

Qadın kosmonavtlar stansiyanın istismarını başa vurmuş detallarını – günəş batareyalarını dəyişəcəklər. Əməliyyatın ən azı 6 saat yarım davam edəcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən batareyaların istismar müddəti 10 ildir.

Xatırladaq ki, kosmosda yerləşdirilmiş BKS-da NASA-nın müxtəlif millətlərdən olan kosmonavtları növbəli şəkildə tədqiqatlar aparır. (APA)