Dünyanın ən bahalı saatı hərracda satıldı

11.11.2019 Dünya
İsveçrənin "Patek Philippe” şirkətinin istehsalı olan saat Cenevrədə "Only Watch” hərracında rekord məbləğə - 31 milyon dollara satılıb.

Poladdan hazırlanan saat nə vaxtsa satılan ən bahalı saat olub.

"Professional Watches” portalı qeyd edir ki, "The Grandmaster Chime Reference 6300A-010” modeli 2014-cü ildə məhdud tirajda (7 ədəd) buraxılıb.

Hərracda bahalığına görə ikinci olan saat isə sənətkar Fransua-Pol Jurnanın olub. Onun əl işi 1,8 milyon İsveçrə frankına satılıb.

Ümumilikdə tədbirdə dəyəri 38,5 milyon İsveçrə frankından çox olan saatlar satılıb. /"Qafqazinfo”