Koronavirusu neytrallaşdıran ilk antikorlar yaradıldı

01.05.2020 Dünya
Lamadan alınan antikorlar COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusunu blok edə bilir.

Beynəlxalq alimlər qrupu belə bir nəticəyə gəlib. Onların araşdırmalarının nəticəsi "Cell” jurnalında dərc edilib.

Koronavirus insan bədəninə nüfuz edərək sağlam hüceyrələrə daxil olmaq üçün xüsusi proteindən istifadə edir. Alimlər bunun qarşısını ala biləcək vasitə yaradıb.

Belə ki, onlar lamaların bədənində istehsal olunan iki növ antikoru birləşdiriblər. Nəticə koronavirusa tab gətirə biləcək vasitə əldə olunub. Qeyd olunub ki, bu, SARS-CoV-2 virusunu neytrallaşdıran ilk antikorlardan biridir.

Testlər zamanı məlum olub ki, bu antikorlar insan orqanizminə peyvənd kimi daxil edilməlidir. Əgər, infeksiyaya yoluxmadan bir ay əvvəl edilsə, dərmanın effektivliyi özünü göstərir. Bundan əlavə, yoluxmuş xəstələrdə ağırlaşmaların qarşısını almaq üçün dərman kimi istifadə edilə bilər.

Alimlər hesab edirlər ki, lamalardan əldə edilən antikorlar əhalinin ən həssas qruplarını - pensiyaçılar və xroniki xəstəliklərdən əziyyət çəkən insanları koronavirusdan qorumaq üçün istifadə edilə bilər.

Report