Eyfel qülləsi personalın tətil etməsi səbəbindən turistlər üçün bağlanıb

01.08.2018 Dünya
Fransanın məşhur Eyfel qülləsi avqustun 1-dən ziyarətçilər üçün bağlanıb.

Kommersant.az"ın "Report"a istinadən verdiyi xəbərə görə, buna səbəb kimi personalın tətil etməsi göstərilir.
Qüllənin sabah açılıb-açılmayacağı barədə dəqiq məlumat verilmir.
Qüllənin rəsmi "Twitter" səhifəsində onun bağlanması barədə məlumat fransız və ingilis dillərində yerləşdirilib.