1 milyon dollara viski

03.10.2018 Maliyyə
Dünyanın ən bahalı viskisi 1 milyon dollara satılıb.

"Kommersant.az" xəbər verir ki, adı çəkilən şərab növü Şotlandiyanın paytaxtı Edinburqda keçirilən "Bonhams Whisky Sale" auksionunda satılıb.

60 yaşlı Şotlandiya viskisi olan "Macallan" qrafin üçün nəzərdə tutulmuş xüsusi altlıqla birlikdə satılıb. Viskinin əvvəlki sahibi onu 1994-cü ildə "Macallan" zavodundan alıb. Zavod 1986-cı ildə yalnız 12 şüşə viski istehsal edib. Şərabın adı isə italiyalı rəssam Valerio Adaminin şərəfinə "Macallan Valerio Adami 1926" adlandırılıb.

Qeyd edək ki, viskilərdən biri bu ilin mayında Honkonqda keçirilən auksionda 1 milyon 58 min 685 dollara satılıb.