USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fermerlərə müraciət: Yarmarkalarda öz məhsullarınızla iştirak edin

03.06.2019 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC fermerlərə müraciət edib.
"Kommersant.az" , "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəhbəri Leyla Məmmədova bildirib ki, şirkət yerli istehsalçıları Azərbaycanın regionlarında keçirilən yarmarkalarda özünün istehsal etdiyi məhsullarla iştirak etməyə çağırıb. O bildirib ki, bu yarmarkalarda iştirak etməkdə maraqlı olan fermerlər bölgələrdəki Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər. O qeyd edib ki, yarmarkada iştirak etmək istəyən fermerlər "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.
  • Əvvəlki

    “ABŞ İranla yeni nüvə sazişi imzalamağa hazırıq”

Digər xəbərlər