Bank Respublikadan qadın sahibkarları dəstəkləyən layihə

19.12.2018 Bank
Ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, regionlarda fəaliyyət göstərən qadın sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə onları maraqlandıran mövzular üzrə təlimlər təşkil edib.

"Kommersant.az" xəbər verir ki, 3 həftə davam edən layihədə Quba, Lənkəran və Gəncə şəhərində fəaliyyət göstərən 50-dən çox sahibkar qadın təlimlərdə iştirak edib. Təlimlərdə təcrübəli mütəxəssislər marketinq, satış, ilkin kapital mənbələri, gəlir və xərclərin hesablanması, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları və s. mövzularda faydalı məlumatlarla bölüşüblər.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bankdan verilən məlumata əsasən, Bank yeni ildə də ölkəmizin digər regionlarında faəliyyət göstərən qadın sahibkarlara dəstək olacaq layihələr həyata keçirməyə davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.