USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank “BTB” yeni “BossCard” məhsulunu təqdim edir

28.02.2019 Bank
0 0
“BossCard” biznes fəaliyyəti ilə bağlı xərclərin ödənişi üçün sahibkarlara və hüquqi şəxslərə pulsuz təqdim olunan ödəniş kartıdır.

"Kommersant.az" xəbər verir ki, bu kart vasitəsilə müştərilər güzəştli nağdlaşdırmavə internet vasitəsilə nağdsız ödəniş edə, həmçinin gömrük və digər rüsumları POS-terminalla ödəyə biləcəklər.

“BossCard” üzrə vəsaiti istənilən vaxt Cash-in vasitəsilə artırmaq olar. Kartın müddəti 36 ay təşkil edir. Hər müştəriyə bir ədəd “BossCard”hədiyyə olunur. Ümumilikdə isə müştəri bir neçə “BossCard” əldə edə bilər.

Üstəlik “BossCard” üzrə pulsuz İnternet bankçılıq və Mobil bankçılıq xidmətlərini aktivləşdirmək imkanı var.

Bundan başqa “BossCard” məhsulu üzrə kredit xətti imkanı da yaradılıb. Beləki,minimum 3 ay dövriyyə edən sahibkar və ya hüquqi şəxslərə 10000 AZN-dək kredit xətti ayrıla bilər. Kreditin müddətimaks 36 ay, kreditin illik faiz dərəcəsi isə 23%təşkil edir.

Qeyd edək ki, “BossCard” biznes kartı haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012) 946 zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.