Mərkəzi Bankdan problemli kreditlərlə bağlı - AÇIQLAMA

09.04.2019 Bank
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 1 milyard 574,7 milyon manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, bu, fevralın 1-i ilə müqayisədə 0,3%, yanvarın 1-nə nisbətən 0,65%, ötən il martın 1-i ilə müqayisədə isə 7,4% azdır.

Fevralın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,1% təşkil edib. Bu nisbət yanvarın sonuna və ötən ilin sonuna 12,2%, ötən ilin fevralın sonuna isə 14,7% olub.

© Report