USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda bankda yanğın - XƏSARƏT ALANLAR VAR

11.04.2019 Bank
0 0
"Accessbank”da yanğın baş verib.

"Kommersant.az" xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.

ELƏCƏDƏ BAX: Kompensasiya ilə bağlı banklarda probleminiz varsa...

Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və 1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.