"Kapital Bank"ın ilin əvvəlinə olan vəziyyəti - HESABAT

12.04.2019 Bank
Hesabata əsasən Bank cari ilin 1-ci rübündə 47 mln. 626 min manat xalis mənfəət əldə edib.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, "Kapital Bank"ın cəmi aktivləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 417 mln. 126 min manat artaraq 3 mlrd. 584 mln. 384 min manat olub. Bundan başqa sözügedən bankın cəmi öhdəlikləri 247 mln. 423 min manat artaraq 3 mlrd. 162 mln. 903 min manat olub.

DEPOZİT VƏ PORTFELİ ARTIB

Bankın depozitləri (banklar və digər maliyyə institutları istisna olmaqla) 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 260 mln. 393 min manat artaraq 2 mlrd. 700 mln. 441 min manat olub. Müştərilərə verilən kreditlər isə ötən illə müqayisədə 322 mln. 873 min manat artaraq 1mlrd. 536 mln. 390 min manat olub.

XALİS MƏNFƏƏTİ ARTIB

Bankın xalis faiz gəliri 76 mln. 862 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 mln. 810 min manat çoxdur. Bankın qeyri-faiz gəliri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 mln. 170 min manat artaraq 36 mln. 38 min manat olub. "Kapital Bank" 2019-cu ilin 1-ci rübündə 47 mln. 626 min manat xalis mənfəət əldə edib ki, bu da 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 25 mln. 364 min manat çoxdur.

MƏCMU KAPİTALI ARTIB

"Kapital Bank"ın tutumlardan sonrakı məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 165 mln. 982 min manat artaraq 391 mln. 232 min manata bərabər olub. Bundan başqa məcmu kapitalın adekvatlıq əmsalı 16,78% (norma 10%), 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 13,90% (norma 5%) olub.