"AG Bank" hesabatını açıqladı

19.04.2019 Bank
"AG Bank" 2019-cu ilin 1-ci rübünə zərərlə başladı.

"Kommersant.az" bankın hesabatın istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 9 mln. 120 min manat azalaraq 495 mln. 169 min manata düşüb. Bundan başqa bankın cəmi öhdəlikləri 16 mln. 698 min mnata azalıb ki, bu da cari ilin 1-ci rübündə bankın cəmi öhdəliklərini 443 mln. 716 min manata salıb. 2018-ci ilin 1-ci rübü ilə müqayisədə bankın cəmi kapitalı 7 mln. 578 min manat artaraq 51 mln. 453 min mnata çatıb.

DEPOZİT VƏ KREDİT PORTFELİ AZALIB

"AG Bank"ın depozitləri 2018-ci ilin analoji dövrü ilə müqayisədə 10 mln. 429 min manat azalaraq cari ilin 1-ci rübündə 221 mln. 172 min manat olub. Bu da bankın öhdəliklərinin azalmasına səbəb olub. Bankın müştərilərə veridiyi kredit isə 30 mln. 818 min manat azalaraq 247 mln. 979 min manata düşüb ki, bu da bankın cəmi aktivlərinin azalmasının əsas səbəbidir.

BANKIN FAİZ ZƏRƏRLƏRİ

Bank 2019-cu ilin 1-ci rübünə 806 min manatlıq xalis faiz zərəri ilə başlayıb. Halbu ki, bank 2018-ci ilin 1ci rübünə 145 manatlıq xalis faiz gəliri əldə etmişdi. "AG Bank"ın qeyri-faiz gəliri 8 mln. 427 min manat, qeyri-faiz xərcləri isə 8 mln. 507 min manat olub. Nəticədə bankın xalis əməliyyat zərəri 886 min manat təşkil edib. Ümumilikdə isə bankın xalis zərəri 531 min manat olub.

Xatırladaq ki, bank 2018-ci ilin müvafiq dövründə 3 mln. 223 min manatlıq zərər açıqlamışdı.

MƏCMU KAPİTALI ARTIB

"AG Bank"ın məcmu kapitalı 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 11 mln. 433 min manat artaraq 51 mln. 858 min manat olub. Məcmu kapitalın adekvatlıq əmsalı 10.1%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.1% təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövründə bankda məcmu kapitalın adekvatlıq əmsal 3.1% az olub.

VTB