USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AtaBank” ASC bu il “VİZA göstər, VİSA Al” kampaniyasını daha tez başladı

01.05.2019 Bank
0 0
Atabank “VISA International” şirkəti ilə birgə təşkil olunmuş və keçən il böyük marağa səbəb olmuş kampaniyanı yenidən başlayır. “VİZA göstər, VİSA Al” kampaniyası çərçivəsində xarici ölkələrə səyahət etmək üçün VİZA almış müştərilər, AtaBank-dan pulsuz Visa Classic və ya Visa Gold plastik kartına sahib olmaq imkanı əldə edəcəklər. Bunun üçün sadəcə bankın filial və ya şöbələrinə şəxsiyyət vəsiqəsi və xarici pasportla yaxınlaşaraq qüvvədə olan vizanı bankın əməkdaşına göstərmək kifayətdir. Hədiyyə veriləcək plastik kartın növü müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılıdır.

"Kommersant.az" xəbər verir ki, Visa Classic, Visa Gold kartı müştərilərə yalnız ABŞ dolları və ya AVRO valyutasında açıla bilər. Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 oktyabr 2019-cu il tarixinədək qüvvədə olacaq.

Visa kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkədaxilində, həm də xaricdə POS-terminal vasitəsi ilə və ya online alış-veriş edə, AtaBank-ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.

WhatsApp/Telegram istifadəçiləri 050 9999136 nömrəmizə yazaraq və ya bankın internet səhifəsini ziyarət edərək Visa plastik kartları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.