Azərbaycanda fəaliyyət göstərən banklar arasında 21 bank 2019-cu ilin 1-ci rübündə mənfəət, 9 bank isə zərər açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 30 bank 2019-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
Ənçox mənfəət əldə etmiş bank Azərbaycan Beynəlxalq Bankı olub. Belə ki, sözügedən bank 130 milyon 345 min manatlıq mənfəətlə siyahıda 1-ci sırada qərarlaşıb. 47 milyon 626 min manatlıq mənfəəli "Kapital bank" 2-ci sırada, 35 milyon 681 min manatlıq mənfəətlə isə "Pasha Bank" 3-cü sırada qərarlaşıb.
Ən çox zərər etmiş banklar siyahısında isə "Acces bank" 1-ci sırada qərarlaşıb. Belə ki, bank 74 milyon 600 min manatlıq zərər açıqlayıb. 13 milyon 264 min manatlıq zərərlə "Muğan Bank" 2-ci sırada, 8 milyon 603 min manatlıq zərərlə isə "Melli İran Bank"nın Bakı filialı 3-cü sırada qərarlaşıb.