USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank depozitlәrinin dollarlaşma sәviyyәsi I rübdə azalıb

13.05.2019 Bank
0 0
2019-cu ilin I rübündә bank depozitlәrinin dollarlaşma sәviyyәsindә azalma meyili davam etmişdir.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının I rübü üzrə Pul Siyasəti İcmalında deyilir.

Belә ki, milli valyutada cәmi әmanәt vә depozitlәr 1%, xarici valyutada isә 2.3% azalmışdır. Xarici valyutada әmanәt vә depozitlәrin M3 pul aqreqatında xüsusi çәkisi isә dövrün әvvәlindә 39.1%, dövrün sonunda isә 40.9% tәşkil etmişdir.

Fiziki şәxslәrin әmanәtlәri üzrә dollarlaşma 2019-cu ilin әvvәlindәki 62.5%-dәn ilin sonunda 60.5%-ә enmişdir.

Banker.az