USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pulunuzu AccessBank-a gətirin, Polo aparın!

28.06.2019 Bank
0 0
Deyirlər ki, pul pul gətirər. AccessBank ilə isə pul yalnız pul deyil, eyni zamanda Polo (Volkswagen) gətirir.

"Kommersant.az" xəbər verir ki, iyunun 18-dən etibarən AccessBank-a minimum 5000 AZN məbləğində əmanət yatıran müştərilər lotereyada iştirak etmək hüququ qazanır. Avqustun 31-dək davam edən lotereyanın əsas uduşu Volkswagen Polo avtomobilidir.

Bundan başqa, lotereyada iştirak edən doqquz nəfər 500 AZN dəyərində olan MasterCard Black Edition ödəniş kartına sahib çıxacaq.

Pulunuzu AccessBank-a əmanət edin, əmanətiniz dəyər qazansın! Üstəlik, şanslı 10 nəfərdən biri siz olun!

Ətraflı məlumatı Bankın rəsmi saytından, Facebook və Instagram səhifələrindən, eləcə də 151 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.