USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Avrasiya"nın xalis mənfəəti 2 dəfə AZALIB - HESABAT

11.07.2019 Bank
0 0
"Bank Avrasiya" 2019 -cu ilin 2-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın xalis mənfəəti kəskin azalıb.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, "Bank Avrasiya"nın cəmi aktivləri 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 26 mln. 453 min manat artaraq 195 mln. 897 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəliklədi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 23 mln. 399 mln manat artaraq 129 mln. 161 min manata bərabər olub. Bankın cəmi kapitalı 3 mln. 54 min manat artaraq 66 mln. 375 min manat olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ ƏRİYİB

"Bank Avrasiya"nın müştərilərə verdiyi kreditlər 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1 mln. 511 min manat azalaraq 89 mln. 316 min manata düşüb. Bundan başqa bankda müştərilərə aid depozitlərin həcmində kəskin azalma müşahidə olunub. Belə ki, bankda müştərilərə aid depozitlər 9 mln. 913 min manat azalaraq 22 mln. 901 min manata enib.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ AZALIB

Bankın xalis faiz gəliri 4 mln. 484 min manat (2018-ci ilin 2-ci rübü ilə müqayisədə 188 min manat az) qeyri-faiz gəliri 792 min manat (2018-ci ilin 2-ci rübü ilə müqayisədə 161 min manat çox) qeyri-faiz xərcləri 2 mln. 633 min manat (2018-ci ilin 2-ci rübü ilə müqayisədə 161 min manat çox) olub. Buna görə də bankın əməliyyat mənfəəti 2 mln. 633 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 194 min manat azdır.

"Bank Avrasiya"nın xalis mənfəəti 2 mln. 633 min manat təşkil edib ki, bu da 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 2 mln. 12 min manat azdır.

MƏCMU KAPİTALI ARTIB

"Bank Avrasiya"nın məcmu kapitalı 3 mln. 95 min manat artaraq 66 mln. 289 min manata çatıb. I dərəcəli kapitalın adekvatlıq əmsalı 61.71%, məcmu kapitalın adekvatlıq əmsalı 65.56%, leverec əmsalı isə 28.01% təşkil edib.