AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edəcək

15.08.2019 Bank
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən verilən məlumata görə, avqustun 19-da keçiriləcək hibrid depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlb ediləcəyi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir. (APA)