USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"NBC Bank"ın ağırlaşan vəziyyəti: ƏMƏLİYYAT ZƏRƏRİ ARTDI - HESABAT

23.10.2019 Bank
0 0
"NBC Bank" 2019 -cu ilin yanvar-sentyabr aylarına olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın mənfəəti kəskin azalıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "NBC Bank"ın xalis mənfəəti ilin əvvəli ilə müqayisədə 1 mln. 38 min manat və ya 9.3 dəfə azalaraq 111 min manata düşüb.

Bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 21 mln. 438 min manat artaraq 304 mln. 814 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 21 mln. 231 min manat artaraq 246 mln. 505 min manata, cəmi kapitalı isə 207 min manat artaraq 58 mln. 310 min manata çatıb.

Bankın cəmi aktivlərinin artma səbəbi "NBC Bank"ın müştərilərinə verdiyi kreditlərin 17 mln. 734 min manat artaraq 222 mln. 203 min manata çatmasıdır. Bankın depozit portfeli 16 mln. 838 min manat artaraq 123 mln. 264 min manata bərabər olub.

BANKIN ƏMƏLİYYAT ZƏRƏRİ

"NBC Bank"ın xalis faiz gəliri 3 mln. 732 min manat azalaraq 2 mln. 816 min manata, qeyri-faiz gəliri 360 min manat azalaraq 3 mln. 26 min manata, qeyri-faiz xərcləri isə 912 min manat azalaraq 6 mln. 748 min manata düşüb. Buna görə də bankın xalis əməliyyat zərəri cari ilin yanvar-sentyabr aylarında 906 min manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 3 mln. 180 min manat azdır.

Bankın xalis mənfəəti ilin əvvəli ilə müqayisədə 1 mln. 38 min manat və ya 9.3 dəfə azalaraq 111 min manata düşüb.

"NBC Bank"ın məcmu kapitalı 221 min manat artaraq 57 mln. 309 min manat olub.