AccessBank sığortaçı seçir

09.12.2019 Bank
AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

"Kommersant.az" xəbər verir ki, tender "Avtomobillərin və daşınmaz əmlakın sığortası" xidmətləri üzrə elan olunub.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+99455) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2019-cu il dekabr ayının 16-da başa çatır.