USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari tibbi sığorta üçün gözləmə müddəti açıqlandı

30.01.2020 Bank
0 0
İcbari tibbi sığorta üçün gözləmə müddəti açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, bunu "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva bildirib.

O qeyd edib ki, ambulator tibbi xidmətlər üçün gözləmə müddəti 14 gündür:

"Planlı stasionar xidmət üçün isə bu müddət 24 gün təşkil edir".

S. Quliyevanın sölərinə görə, təcili təxirəsalınmaz tibbi xidmət üçün isə sığortaolunanlar növbə gözləməyəcək:

"Təcili təxirəsalınmaz tibbi xidmət üçün vətəndaşlara tibbi xidmətdən dərhal yararlana biləcək".