USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

14.02.2020 Bank
0 0
Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 1,7 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% artıb. Azərbaycandan olan pul köçürmələri ümumi köçürmələrdəki 1,35% paya malik olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 1,2 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

Yanvar ayında Gürcüstana xarici ölkələrdən köçürmə yolu ilə ümumilikdə, 125,6 milyon ABŞ dolları daxil olub ki, bu da illik müqayisədə 9,9 milyon ABŞ dolları və yaxud 8,6% çoxdur.

Qonşu ölkədən xarici ölkələrə köçürülən pul vəsaitlərinin həcmi isə 19,1% artaraq 18,5 milyon ABŞ dolları təşkil edib.

Report