USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”dan yaşı 65 və daha yuxarı olan müştərilərə özəl xidmət

02.04.2020 Bank
0 0
“AccessBank” Nazirlər Kabineti yanında operativ qərargahın 65 yaşdan yuxarı vətəndaşlara dair qəbul etdiyi qərarı nəzərə alaraq, yaşlı müştərilərə özəl xidmət təklif edir. Bank, yaşlı müştərilərinin sağlamlığını düşünərək, onlara effektiv və keyfiyyətli xidmət göstərir. Bunun üçün 65 yaşdan yuxarı müştərilərə məsafədən xidmət təklif olunur. Karantin müddətində yaşlı müştərilərinin əlaqə nömrələrinə məlumatlandırıcı mesajlar göndərilir, 151 məlumat mərkəzi vasitəsilə onları maraqlandıran suallara cavablar verilir.

“AccessBank” 65 və daha yuxarı yaşı olan müştərilərə aşağıdakı xidmətləri təklif edir:

  • Mövcud əmanətin müddətinin uzadılması və ya digər valyutaya konvertasiyası
  • Mövcud kreditin restrukturizasiyası
  • Öz hesablararası köçürmələr və kommunal ödənişlərin həyata keçirilməsi
  • Yeni ödəniş kartının sifarişi və kuryer vasitəsilə müştəriyə çatdırılması
  • Mövcud ödəniş kartının blokdan çıxarılması və bloka salınması
  • SMS bankçılığın aktivləşdirilməsi
  • Kart limitinin aradan qaldırılması
  • PER, FER əməliyyatları

“AccessBank” müştərilərinə pandemiyanın maliyyə nəticələrini minimuma endirmək üçün dəstək olmaqda davam edəcək.