USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Embafinans" 2017-ni mənfəətlə başa vurduğunu açıqldı

08.06.2018 Bank
0 0
Bank olmayan Kredit Təşkilatı "Embafinans" MMC 2017-ci ili 569 min manat xalis mənfəətlə başa vurub.

"Kommersant" MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Embafinans”ın faiz gəlirləri 4 milyon 380 min manat, xalis əməliyyat mənfəəti isə 3 milyon 779 min manat təşkil edib. İnzibati və digər əməliyyat xərcləri çıxıldıqdan sonra 706,8 min manat vergidən əvvəl mənfəət yaranıb. 137,8 min manat mənfəət vergisi ödənildiyindən, BOKT ötən ili ili 569 min manat xalis mənfəətlə bağlayıb.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

2016-cı illə müqayisədə müştərilərə verilmiş kreditlər 414 min manat artaraq 15 milyon 517 min manata yüksəlib. "Embafinans" 10 milyon manat nizamanmə kapitalına malikdir.

"Embafinans" növbəti illərdə də yüksək nailiyyətlər və yeni layihələrə imza atmaq niyyətindədir.

https://www.facebook.com/embafinans/

https://www.instagram.com/embafinans/