USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit ittifaqları bu ilin I rübünü zərərlə başa vurub

30.04.2020 Bank
0 0
Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,6 milyon manat xalis zərərlə başa vurub.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.

Məlumata görə, rüb ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 0,8 milyon manat, əməliyyat xərcləri 0,2 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat təşkil edib.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 16 milyon manat olub. Bunun 14,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6,4 milyon manat, o cümlədən aldıqları kreditlər 6 milyon manat, balans kapitalı isə 9,6 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,3 milyon manat təşkil edib.