USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azər Türk Bank" yeni nəsil internet-bankçılıq xidmətinin üstünlükləri

30.04.2020 Bank
1 0
Azər Türk Bankın bir il öncə hüquqi şəxs olan müştərilərinin ixtiyarına verdiyi “ATB Business” internet-bankçılıq xidməti digərlərindən fərqli olaraq bir sıra üstünlüklərə malikdir. Son texnologiyaların tətbiqi sayəsində xidmətdən istifadə intuitiv şəkildə aparılır, əsasən qayda və təlimatlara müraciət etməyə ehtiyac qalmır.

Bundan başqa, yeni platforma üzərindən aparılan bütün əməliyyatlar xüsusi, endirimli tariflərlə həyata keçirilir.

Eyni zamanda Bank “ATB Business” xidmətinə yeni qoşulan müştərilərin, hesabların və bank əməliyyatlarının statusunu canlı rejimdə izləmək imkanını verən, “SMS / E-mail bildiriş” xidmətinə ödənişsiz qoşulmasını təmin edir.

Xidmətin növbəti üstünlüyü ondan ibarətdir ki, proqram istifadəçilərinin tək “ASAN imza” ilə deyil, mobil telefona göndərilən birdəfəlik OTP şifrələrlə eyniləşdirməsi mümkündür.

Qeyd edək ki, ölkədə ilk dəfə Bank bu internet-bankçılıq xidməti çərçivəsində “Korporativ Cash-Back” loyallıq proqramını tətbiq etməklə, aparılmış əməliyyatlara görə tutulan komissiya haqqının bir hissəsinin müştəriyə bonus ballar şəklində geri qaytarır. Toplanmış balların istənilən vaxt nağdlaşdırılması mümkündür.

”ATB Business” xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı izləyə və idarə edə bilər.

Azər Türk Bankda hesab açmaq və “ATB business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.

Daha ətraflı məlumatı www.atb.az saytından, sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə etmək mümkündür.