USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Günay Bank mövcud durumda dəstək olmağa çalışır

07.05.2020 Bank
1 0
“Günay Bank” ASC koronavirus pandemiyası (COVİD-19) ilə bağlı ölkə üzrə elan olunan karantin rejiminin şərtlərinə görə yaşı 65-dən yuxarı olan, həmçinin banka gəlmə imkanı olmayan vətəndaşların məhdudiyyətlərini nəzərə alaraq onlara özəl xidmət göstərir.

“Kommersant.az” xəbər verir ki, bundan başqa Günay Bank xidmət göstərdiyi müştərilərin aylıq xidmət haqları ilə bağlı güzəştlər tətbiq edir.

Bankın 1546 saylı Çağrı Mərkəzi də məlum durumda Banka yaxınlaşa bilmədiyindən telefon yaxud internet səhifələri vasitəsilə əlaqə saxlayan hər bir şəxsin müraciətini diqqət mərkəzində saxlayır.

Bu günlərdə artıq 28 illik bankçılıq fəaliyyətini qeyd edən “Günay Bank” ASC mövcud vəziyyətə görə çətinlik çəkən vətəndaşlara xidmət etmək məqsədi ilə mümkün ola bilən bütün imkanlardan istifadə edir.