USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bağlanma ehtimalı olan başqa banklar var? - RƏSMİ AÇIQLAMA

13.05.2020 Bank
0 0
"Maliyyə vəziyyəti problemli olan başqa bir bank tanımırıq".

"Kommersant.az" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda başqa bir problemli bankın olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bütövlükdə bu proses dinamikdir: "Biz yoxlamalarımızı hər rüb aparacağıq. Bütövlükdə portfelin həftəlik dinamikasına baxırıq, monitorinq edir, ayın sonunda yekunlaşdırılaraq müzakirə edirik. Hər bir bankın pasportu var və bunun üzərindən qeydiyyat aparırıq ki, onların sağlamlığı göz qabağında olsun".

Baş bankirin sözlərinə görə, banklar müxtəlif qruplara bölünüb və bunlar üzrə müxtəlif nəzarət qurulub: "Hər banka cavabdeh olan insanlar var. Bizdə yeni bir situasiya yaranarsa, təbii ki, bölüşəcəyik".