USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklarda əmanəti olanlara - MÜHÜM XƏBƏR

24.06.2020 Bank
0 0
Lisenziyaları ləğv edilən "AtaBank" və "Amrahbank"da qorunan əmanəti olanlara vəsaitlərin geri qaytarılması "digital" kart (virtual kart) vasitəsilə aparıla bilər.

"Kommersant.az"-ın xəbərinə görə, bunu "Kapital Bank"ın pərakəndə satış idarəsinin baş direktoru Ramil İmamov deyib.

"Bugünkü qanunvericiliyin tələblərinə uyğun olaraq, təəssüf ki, bu prosesi rəqəmsal müstəviyə keçirmək hələ mümkün deyil. Lakin bu tip layihələr üçün rəqəmsal kanallardan istifadə, vəsaitin "digital" kart vasitəsilə geri qaytarılması fəal müzakirə olunan mövzulardandır", - deyə R. İmamov bildirib.

O həmçinin əlavə edib ki, iyun ayının 1-dən başlayaraq Bakı şəhəri üzrə "AtaBank" və "Amrahbank"da qorunan əmanəti olanlar məhz "Kapital Bank" vasitəsilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilən vəsaitlərini geri alıblar və hazırda da bu proses davam edir.APA