USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xarici valyutada olan əmanətləri banklara qaytarmağa başlayıblar

24.06.2020 Bank
0 1
Ruslar karantin rejiminin tədricən aradan qaldırılmasından sonra xarici valyutada olan əmanətlərini banklara yerləşdirməyə başlayıblar.May ayında bu növ əmanətlər üzrə vəsaitlərin həcmi 721,1 milyon dollar artıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə çərşənbə günü Mərkəzi Bankın statistikasına istinadən RBC məlumat yayıb.

Məlumata görə, 1 iyun tarixinə xarici valyutadakı əmanətlərdəki vəsaitlərin ümumi miqdarı 88,97 milyard dollar təşkil edib.Lakin ilk dörd ayda ruslar əksinə valyutanı geri götürüblər . Beləliklə, mart ayında əhali maliyyə bazarlarında çaxnaşma və Federal Ehtiyat Sisteminin (FED) faiz sbəndinin kəskin azaltması səbəbindən xarici valyutadakı əmanətlərdən demək olar ki, 5 milyard dollarını geri götürüblər. Artıq vətəndaşlar ilin əvvəlindən xarici valyuta depozitlərindən geri götürülmüş pulun 8,7% -ni geri qaytarıblar. May ayında rubl əmanətlərinin həcmi 0,4% və ya 92,14 milyard rubl azalıb. İyun ayında müştəri hesabları 0,5% artıb.

Qeyd olunduğu kimi, May ayında VTB xarici valyuta əmanətlərində 17% artım qeydə alıb. Tinkoff Bank həm may, həm də aprel aylarında xarici valyutada əmanətlərin həcminin artdığını qeyd edib.