Müəllimlər “AccessBank”a bir 5” deyəcək!

23.09.2020 Bank
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq, "AccessBank” yeni nağd kredit kampaniyasına başlayır. Kampaniya çərçivəsində təhsil işçiləri 30.000 AZN-dək kredit məbləğini 6-48 ay müddətinə əldə edə bilərlər.

Müəllimlər kampaniyadan illik 18%-dən başlayan faizlə yanaşı, 0%-dək komissiya ilə də yararlana bilərlər. Təhsil işçiləri üçün nəzərdə tutulmuş "AccessBank”a bir 5” kampaniyasında 15.000 AZN-dək olan məbləği zaminsiz əldə etmək imkanı da var. Kampaniyanın əsas özəlliyi kreditin ilk ayının faizinin təhsil işçilərinə Bank tərəfindən hədiyyə olunmasındadır.

Daha ətraflı məlumat üçün:

https://accessbank.az/az/our-bank/campaigns/detail.php?id=31122

Kampaniya 31.10.2020 tarixinədək qüvvədədir.

Kampaniya ilə bağlı bütün xəbərlərlə #AccessBankabir5 həştəqi altında tanış ola bilərsiniz.

"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın sosial media hesablarına daxil olmaq olar.