Azər Türk Bank Ani Ödənişlər Sisteminə qoşuldu

14.10.2020 Bank
Dövlət bankı Azər Türk Bank AR Mərkəzi Bankı tərəfindən Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində hazırlanmış Ani Ödəniş Sisteminə (AÖS) qoşulub.

Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslər arasında ölkə daxili manat köçürmələrini sürətli və daha rahat həyata keçirməyə imkan verəcəkdir.

Müştərilər Banka müraciət etməklə öz hesablarından AÖS-də istifadə etmək üçün ilkin qeydiyyatdan keçə bilərlər.

Pul köçürmələri haqqında daha ətraflı məlumatı https://atb.az/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.