USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu

23.10.2020 Bank
0 0
Dövlət bankı Azər Türk Bankın 30 sentyabr 2020-ci il tarixinə aktivləri 351 milyon manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 167,7 milyon manat təşkil etmişdir.

Məcmu kapitalın həcmi, tutulmalardan sonra, 50 milyon manatdan çox olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 25%, leverec əmsalı 13% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan yüksəkdir.

Üçüncü rübdə Bank 89 min manat həcmində xalis mənfəət əldə etmişdir.

Cəmi bank öhdəliklərinin həcmi 295,1 milyon manat təşkil etmişdir.

Bank 164,6 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 72,7 milyon manatı əhalinin əmanətləridir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.