USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yelo Bank"ın uzun illərki zərəri - SƏDRİN BANKI TƏRK ETMƏ SƏBƏBİ

31.10.2020 Bank
0 0
“Yelo Bank”-ın xalis zərəri hər rüb artır.

“Kommersant.az” xəbər verir ki, bankın idarə heyyətinin sədri Nikoloz Şurqaia banka təyin olunduğu ildən bu günə qədər əvvəlki “Nikoil Bank” hazırki “Yelo Bank”dəfələlərlə rüblük və illik hesabatları yekunda zərərlə başa vurub. Sabiq sədrin təyin ilindən bu ilin 3-cü rübü ilə müqayisədə “Yelo Bank” 17 mln. 559 min manat zərər edib.

“Yelo Bank” cari ilin 3-cü rübündə 23 mln. 192 min manat, 2-ci rübdə 13 mln. 582 min manat, 1-ci rübdə 6 mln. 254 min manat zərər edib. Ötən ilin son rübündə 68 min manatlıq mənfəət əldə edən bank həmin ilin 3-cü rübündə 1 mln. 620 min manat zərər, 2-ci rübündə 2 mln. 746 min manat mənfəət, 1-ci rübündə 3 mln. 26 min manatlıq mənfəət əldə edib. Bundan əvvəlki rüblərin əksəriyyətində isə əvvəlki “Nikoil Bank” zərərlə başa vurub. Belə ki, bank 2018 –ci ilin 4-cü rübünü 135 mln. 200 min manat, 3-cü rübünü 79 mln. 901 min manat, 2-ci rübünü 45 mln. 860 min manat, 1-ci rübünü isə 309 min manatlıq zərər açıqlayıb. Bankın səhmdarlarının dəyişməsi,kadrlarının dəyişməsi, rebrendinq olunması və s. kimi amillər hazırki “Yelo Bank”ı zərərlərdən xilas edə bilməyib.

Yelo Bank

Xalis Zərəri

Xalis Mənfəəti

2020 (III Rüb)

- 23,192

-

2020 (II Rüb)

- 13,582

-

2020 ( I Rüb)

- 6,254

-

2019 ( IVRüb)

-

+ 68

2019 (III Rüb)

- 1,620

-

2019 (II Rüb)

-

+ 2,746

2019 (I Rüb)

-

+ 3,026

2018 ( IVRüb)

- 135,200

-

2018 (III Rüb)

- 79,901

-

2018 (II Rüb)

- 45,860

-

2018 (I Rüb)

- 309

-

2017 ( IVRüb)

-

-

-

2016 ( IVRüb)

+ 5,633