USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lari kəskin ucuzlaşdı

06.11.2020 Bank
0 0
Gürcüstanın milli valyutası - lari kəskin ucuzlaşıb.

"Kommersant.az" xəbər verir ki, Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, noyabrın 6-da 1 ABŞ dolları 3 lari 40 tetri müəyyən olunub. Avronun qiyməti isə 4,01 lariyə bərabər olacaq.

Gürcü larisi Azərbaycan manatı qarşısında da dəyərini itirib və 1 AZN 2 lari müəyyən edilib.

Qeyd edək ki, lari oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra daha kəskin surətdə ucuzlaşmağa başlayıb.