USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

03.12.2020 Bank
0 0
Dekabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,20% – 29,883.79 bəndədək, SP 500 indeksi 0,18% – 3,669.01 bəndədək yüksəlib, Nasdaq indeksi isə 0,05% – 12,349.37 bəndədək enib.

"Kommersant.az"ın məlumatına görə, Avropa fond bazarlarında dekabrın 2-də FTSE 100 indeksi 1,23% – 6,463.39 bəndədək, Fransa CAC-40 indeksi 0,02% – 5,583.01 bəndədək yüksəlib, Almaniya DAX indeksi isə 0,52% – 13,313.24 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,93% artaraq 1 825 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,34% artaraq 1,2102 dollar təşkil edib.