USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaşayış minimumu 196 manat oldu

21.12.2020 Bank
0 0
2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196,0 manat məbləğində müəyyən edilib.

"Kommersant.az" xəbər verir ki, bu, Milli Məclisə təqdim edilən "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.