USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rabitəbank”-ın Müşahidə Şurasına təyinat olub

24.12.2020 Bank
0 0
“Rabitəbank”-ın Müşahidə Şurasının sədr müavini vəzifəsinə təyinat olub.

"Kommersant.az" xəbər verir ki, xəbər verir ki, Aydın Hüseynov “Rabitəbank” -ın müşahidə şurasının sədr müavini təyin olunub.

Məlumata görə,bundan əvvəl o "Azərbaycan Sənaye Bankı"nın Müşahidə Şurasının üzvü işləyib. AydınHüseynov bundan əvvəl uzun müddət “AFB Bank” ASC-nin İdarə Heyəti sədri vəzifəsində işləyib

Qeyd edək ki, bank idarəetməsi sahəsində böyük təcrübəyə malik olan Aydın Hüseynov 1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.

2014-2017-ci illər ərzində “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədr müavini, 2017-ci ilin mart ayından isə “AFB Bank”da İdarə Heyətinin sədrinin I müavini vəzifəsinə təyin edilmişdir.