USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moody`s Xalq Bankın reytinqini təsdiqlədi

29.12.2020 Bank
0 0
Dekabr ayının 27-də bank fəaliyyətinə başlamasının 16 illiyini qeyd edən Xalq Bankın cari reytinqləri nüfuzlu beynəlxalq reytinq agentliyi olan Moody’s Investors Service tərəfindən təsdiqlənib. Moody`s ekspertləri qurumun kapitallaşma səviyyəsinin sabit olduğunu bildirir, Xalq Bankın dayanıqlığını, risklərin qarşısını almaq qabiliyyətini, eləcə də sistem əhəmiyyətini vurğulayırlar.

Yarandığı gündən etibarlılığı və sabitliyi ilə seçilən Xalq Bank öz müştərilərinə dürüstlük və şəffaflıq, etimad, hörmət, çeviklik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma prinsipləri əsasında müasir, əlverişli xidmət və məhsullar təqdim edir. Qüsursuz reputasiya, müştərilərin etibarı, uğurlu kommersiya fəaliyyəti, ölkənin sosial, mədəni və idman həyatında iştirakı Xalq Bankın statusu və ölkənin maliyyə sektorundakı yerini müəyyən edir.

Xalq Bank Moody’s Investors Service agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.