USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”da əmanət məbləği artdıqca faiz dərəcəsi də avtomatik artır

18.02.2021 Bank
0 0
“AccessBank” yeni əmanət məhsulunu - “myGoal” – “Hədəfim”i müştərilərə təklif edir. Yeni əmanət məhsulu ilə Bankın müştəriləri həm yığdıqları məbləğdən, həm də artan faizdən gəlir qazanırlar. Belə ki, əmanət məbləği artdıqca faiz dərəcəsi də avtomatik artır.

“myGoal” – “Hədəfim” əmanətinin maksimal müddəti 36 ayadəkdir. Milli valyutada yerləşdirilən əmanətlər üçün maksimal faiz dərəcəsi 9.1, ABŞ dolları ilə yerləşdirilənlər üçün isə 1% təşkil edir. Faizlər əmanət müddətinin sonunda ödənilir.

Əmanət hesabını həm nağd, həm də istənilən bankın ödəniş kartı ilə “myAccess” üzərindən nağdsız qaydada artırmaq mümkündür.

“myGoal” əmanəti haqqında ətraflı məlumat almaq üçün:

//www.accessbank.az/az/private/deposits/mygoal/

Digər məhsullar haqqında məlumat əldə etmək üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz. Məhsullar haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından əldə edə bilərsiniz.