USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı Fond Birjasında ümumi ticarət həcmi - 160% ARTIB

03.03.2021 Bank
0 0
Bakı Fond Birjasında 2021-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2,852,304,113 manat təşkil edib

"Kommersant.az" xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb

Məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 160%, ilkin bazar üzrə ticarət həcmində 455%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 388%, repo əməliyyatları üzrə isə 143% böyümə qeydə alınıb.

2021-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 7% artaraq 4,157,558,686 manat təşkil edib.