USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank” özünüməşğulluq proqramı çərçivəsində 18 sahibkara dəstək oldu

24.06.2021 Bank
0 0
“AccessBank” biznesini qumaq istəyən sahibkarlara dəstək olur. Belə ki, Bank, 2021-ci ilin ilk 5 ayı ərzində özünüməşğulluq layihəsi çərçivəsində ailə biznesi qurmaq istəyənlərə, fiziki imkanları məhdud şəxslərə və şəhid və ya qazi ailələrinin üzvləri olan 18 sahibkara biznesləri üçün zəruri olan avadanlıqları ianə edib. Dəstək almış vətəndaşlar sırasında fotoqraf, bərbərxana və gözəllik salonu sahibləri, həmçinin maldarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar yer alıb. Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən sahibkarlardan 7 nəfərə gözəllik salonu, 3 nəfərə kişi bərbərxanası, 1 nəfərə foto xidməti göstərə bilməsi üçün avadanlıqlar, 7 nəfər sahibkara isə iri buynuzlu mal-qara təqdim olunub.

“AccessBank” cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış proqramın əsas məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.