USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Günay Bank“ Qardaş Türkiyəmizin Meşə Fonduna dəstək oldu

10.08.2021 Bank
0 0
“Günay Bank” ASC rəhbərliyi və kollektivi Qardaş ölkəmiz Türkiyədə baş verən məlum yanğınlardan yaşıllığını itirmiş ərazilərinin tezliklə bərpası ilə əlaqədar Türkiyənin “Meşə yanğınları ilə mübarizə” Fonduna dəstək olmuşdur.

Bu səbəblə Bank internet üzrə rəsmi sosial səhifələrində aşağıdakı mətn əsasında paylaşım etmişdir:

#GunayBank olaraq yanındayıq #Türkiyemiz !

Acınız acımız, sevinciniz sevincimizdir.

İnanırıq ki, yanan ormanlarımız tezliklə gülüstana çevriləcək.

Bütün kollektivimizlə hər zaman Sizinləyik.

Azərbaycan Banklar Assosasiyasının xeyirxah təşəbbüsünə qoşularaq hər bir əməkdaşımızın adından 5 fidan da bizdən olsun.