USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank" Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlara - 273 Milyon AZN DƏSTƏK OLUB

06.10.2021 Bank
0 0
Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank, həm daxili, həm də xarici vəsaitlər hesabına ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqda davam edir.

Bankdan daxil olan məlumata görə, xarici vəsaitlər müvafiq dövlət fond və agentliklərinin hesabına sahibkarlara təklif olunur. AccessBank-ın bu istiqamətdə əməkdaşlıq etdiyi dövlət qurumlarından biri də Sahibkarlığın İnkişafı Fondudur. Fond cari ilin 1 oktyabr tarixinə güzəştli kreditlər üzrə ən çox sayda kredit verən 5 müvəkkil kredit təşkilatının adını açıqlayıb. AccessBank 273 milyon AZN-lə sahibkarlara dəstək olan qurumlar arasında ilk pillədə qərarlaşıb.